"Neftçi" və "Qarabağ" 650-yə çatdı

"Neftçi" və "Qarabağ" 650-yə çatdı
13:05 6 Aprel 2015
69 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan çempionatlarında ən çox oyun keçirən iki klub - “Neftçi” və “Qarabağ” yubiley matçına çıxıb. Milli.Az azerisport.az-a istinadən xəbər verir ki, 1992-ci ildə start götürən yarışın daimi iştirakçıları 650-ci qarşılaşmada qüvvələrini sınayıblar.

Hər iki komanda Topaz Premyer Liqasının 28-ci turuna qədər 649 görüş keçirdiyi üçün aprelin 5-dəki matçlar yubiley xarakteri daşıyıb. “Neftçi” “Simurq”la, “Qarabağ” isə “Bakı” ilə səfər oyununda 650-yə çatıb.

Paytaxt təmsilçisi 1:0 hesabı ilə qalib gəlib, 387-ci qələbəsini qazanıb. 143 heç-heçəsi olan “Neftçi” 120 dəfə məğlub olub. 1168 qol vuran “ağ-qaralar” 452 top buraxıblar.

“Qarabağ” üçün 1:1 hesablı heç-heçə 155-ci bərabərlik olub. 345 qələbəsi olan Ağdam klubu 150 dəfə məğlub olub. 945 qol vuran ağdamlılar 541 top buraxıblar.

Qeyd edək ki, ölkə çempionatlarında ən çox oyun keçirən komandalar arasında ilk “beşlik”də “Turan” (584), “Bakı” (510) və “Kəpəz” (482) də yer alıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333033.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR