Yolçu Xanvəli: "Müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələri şəbəkəsi genişləndiriləcək"

13:07 6 Aprel 2015
155 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 13:00 ]


Bakı. Fərid Mirzəyev – APA. “2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı dövlət başçısının 3 aprel tarixli sərəncamı ilə təsdiqlənib. Tədbirlər Planında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə bağlı bir sıra önəmli məsələlər önə çəkilib. Artıq bu istiqamətdə işlərə başlanılıb”.

Bu sözləri APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.Y. Xanvəli bildirib ki,  “Kənd təsərrüfatı ili”  çərçivəsində Respublika Baytarlıq Laboratoriyası yenidən qurulacaq: “Tədbirlər Planında həmçinin zona baytarlıq laboratoriyalarının müasir standartlara uyğun qurulması, rayon baytarlıq idarələrinin avadanlıq və preparatlarla təchizatının yaxşılaşdırılması, Beynəlxalq Epizootik Büronun standartları əsasında heyvanlarda brusellyoz xəstəliyinə qarşı mübarizə proqramının tətbiqinin davam etdirilməsi məsələsi də nəzərdə tutulub. Eyni zamanda, mobil “Səyyar Baytarlıq Sanitariya Ekspertiza Laboratoriyaları” alınacaq”.

 

Y. Xanvəli Tədbirlər Planında müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələri şəbəkəsinin genişləndirilməsi məsələsinin qaldırıldığını da qeyd edib: “Bildiyiniz kimi, paytaxtda və respublikanın rayon mərkəzlərində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqələrinin sayı azdır. Bu məsələ də Tədbirlər Planında qabardılıb. Güman edirik ki, kənd təsərrüfatı ili ərzində nəzərdə tutulan məsələlər müvəffəqiyyətlə başa çatdırılacaq”.

Qeyd edək ki, prezident İlham Əliyev bu il yanvarın 12-də 2015-ci ilin Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncam imzalayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR