Azərbaycanda 11 il əvvəl törədilmiş qətlin üstü açıldı

Azərbaycanda 11 il əvvəl törədilmiş qətlin üstü açıldı
12:09 6 Aprel 2015
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Qadını boğub öldürən şəxs tutulub

2004-cü il oktyabr ayının 10-da Xəyalə Mövsümova yaşadığı Şəki şəhərindəki evdən çıxıb və bir daha geri qayıtmayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, faktla əlaqədar cinayət işi başlanılıb.

 

Şəki ŞRPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı X.Mövsümovanın həmin gün Şəki şəhərində həmyerlisi, əvvəllər məhkum olunmuş Ramil Salmanov tərəfindən qısqanclıq zəminində boğma yolu ilə qətlə yetirilməsi, cəsədinin isə şəhər ərazisində basdırılması müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Salmanov tutulub.

 

X.Mövsümovanın cəsədinin qalıqları eksqumasiya edilib.

 

Araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198348

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR