22 dərəcə isti olacaq - PROQNOZ

22 dərəcə isti olacaq - PROQNOZ
12:09 6 Aprel 2015
44 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında  aprelin 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Lent.az-a bildirib ki, səhər və axşam bəzi yerlərdə duman olacaq.  Mülayim cənub küləyi əsəcək.  Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq. 

Azərbaycanın rayonlarında sabah hava şəraiti yağmursuz olacaq. Mülayim cənub küləyi əsasən dağlıq ərazilərdə güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 22 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR