Yaz havası geri qayıdır

Yaz havası geri qayıdır
13:11 6 Aprel 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Yaxın 3 gün ərzində ölkə ərazisində havanın temperaturu getdikcə yüksələcək, cənub küləyi üstünlük təşkil edəcək. Arabir cənub küləyinin nisbətən güclənməsi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 5-8˚, gündüz 11-16˚ isti olacağı gözlənilir.

Aprelin 7-də Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu aran rayonlarında gecə 3-8˚, gündüz 15-20˚ isti, dağlarda gecə 2˚ şaxtadan 3˚-dək isti, gündüz 8-13˚ olacağı gözlənilir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR