Gələn il dörd qeyri-adi hadisə olacaq

Gələn il dörd qeyri-adi hadisə olacaq
13:12 6 Aprel 2015
308 Sosial
Ölkə mətbuatı
A- A+

Gələn il baş verəcək Ay və Günəş tutulmalarının vaxtı açıqlanıb
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov APA-ya açıqlamasında deyib ki, 2016-cı ildə 4 tutulma hadisəsi – 2 Ay, 2 Günəş tutulması baş verəcək.

İlk Ay tutulması martın 23-də, növbəti Ay tutulması isə sentyabrın 16-da olacaq. Hər iki hadisə zəif kölgə daxilində olduğuna görə adi gözlə görünməyəcək.

Gələn il ilk Günəş tutulması martın 9-na təsadüf edəcək. Növbəti Günəş tutulması isə sentyabrın 1-də baş verəcək.

X. Mikayılov qeyd edib ki, gələn il qeydə alınacaq 2 Ay, 2 Günəş tutulmasının heç biri Azərbaycandan müşahidə edilməyəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333050.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR