Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində daha bir ailənin təməli qoyulub

Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində daha bir ailənin təməli qoyulub
13:13 6 Aprel 2015
507 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 6 aprel AZƏRTAC
Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində yeni ailə quran daha iki gəncin nikah mərasimi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gənclər əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra Mərkəzdə nikah aktının imzalanması mərasimi olub. Rayon qeydiyyat şöbəsinin əməkdaşı mövcud qanunvericiliyə uyğun olaraq Aşağı Avşar kənd sakinləri Cavid Rüstəmovla Xəyalə Quliyevanın nikahlarını rəsmiləşdirib və onlara nikah şəhadətnaməsini təqdim edib.
Çıxış edənlər yeni ailə quran gəncləri təbrik edib, onlara ən xoş arzularını bildiriblər.
Evlənən cütlüklərə Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən hədiyyələr təqdim olunub.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedi_seherindeki_Heyder_Aliyev_Merkezinde_daha_bir_ailenin_temeli_qoyulub-843820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR