Azərbaycan idmançısı “KOK-King of Kings World” Qran-pri turnirinin qalibi olub

13:18 6 Aprel 2015
44 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Moldovada K-1 üzrə “KOK-King of Kings World” Qran-pri turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirdə Azərbaycanı iki idmançı təmsil edib. 75 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Tural Bayramov Moldova döyüşçüsü Sergey Morariylə görüşdən qalib ayrılıb. T.Bayramov döyüş müddətində rəqibə heç bir şans verməyərək parlaq qələbə qazanıb. Digər idmançımız Ruslan Kobzev (84 kq) moldovalı Denis Apavaloa ilə döyüşdə məğlub olub.
Turnir zamanı K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov Moldovanın sabiq prezidenti Vladimir Voronin və Azərbaycanın Moldovadakı diaspor rəhbəri Vüqar Novruzovla görüşüb.
Qeyd edək ki, turnirdə qələbə qazanan Tural Bayramov gecənin əzmkar döyüşçüsü seçilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_idmanchisi_KOK_King_of_Kings_World_Qran_pri_turnirinin_qalibi_olub-843823

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR