Sumqayıtda naməlum avtomobil piyadanı vurub

12:22 6 Aprel 2015
50 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 13:16 ]


 

Bakı. Fuad Cəfərov – APA. Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 4-də saat 22.00 radələrində Sumqayıt şəhərində naməlum sürücünün idarə etdiyi “BMW” və şəhər sakini Rauf Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. Zərbənin gücündən idarəetmədən çıxan “BMW” markalı avtomobillə yolu keçən Qubadlı rayon sakini Ətraf Baxşəliyevi vurulub. Sürücü avtomobili ilə hadisə yerini tərk edib, Ə. Baxşəliyev isə xəstəxanaya çatdırılıb. 

Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378541

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR