Gəncədə vahid geyim formasından istifadə etməyən ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reydlərə başlanılıb

Gəncədə vahid geyim formasından istifadə etməyən ictimai nəqliyyat vasitələrinin sürücülərinə qarşı reydlərə başlanılıb
13:23 6 Aprel 2015
142 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 6 aprel, AZƏRTAC
Gəncədə şəhərdaxili sərnişindaşıma ilə məşğul olan sürücülər ilin əvvəlindən vahid geyim formasına keçiblər. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Gəncə regional şöbəsinin əməkdaşları tətbiq edilən qaydalara sürücülər tərəfindən necə əməl olunduğunu yoxlamaq üçün reydlərə başlayıblar.
Şöbənin rəisi Xanoğlan Qasımov AZƏRTAC-a deyib ki, sürücülərin vahid geyim formalarına baxış keçirərkən onların təmiz və səliqəli olmasına da ciddi diqqət yetirilir. Qaydalara əməl etməyən sürücülər xətdən uzaqlaşdırılaraq, nəqliyyat vasitəsinin sahibinə xəbərdarlıq edilir. Bir neçə gün ərzində aparılan yoxlamalar zamanı 7 sürücü qaydalara əməl etmədiyinə görə cəzalandırılıb və onlar 40-70 manat məbləğində cərimə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_vahid_geyim_formasindan_istifade_etmeyen_ictimai_neqliyyat_vasitelerinin_suruculerine_qarsi_reydlere_baslanilib-843824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR