Türkiyənin işıqsız qalmasına görə İLK İSTEFA

Türkiyənin işıqsız qalmasına görə İLK İSTEFA
12:29 6 Aprel 2015
39 Dünya
Ölkə mətbuatı
A- A+

 

 

Türkiyə Elektrik Paylama Şirkətinin (TEİAŞ) baş direktoru Kamal Yıldır istefa verib.

 

APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız martın 31-də ölkədə baş vermiş elektrik kəsintisi ilə bağlı aparılan araşdırma nəticəsində mikrosaniyələr içində 5 enerji paylama sisteminin dövrə xaricində qalmasını müəyyənləşdirdiklərini bildirib: “Şərqdən qərbə gələn xətlərin yükü sıxlaşıb. Bu, texniki bir qəza olmaqla yanaşı, həm də əməliyyat səhvi kimi qiymətləndirilir. Sistem özünü qorumaq istəyərkən bunlar yaşanıb. TEİAŞ baş direktoru vəzifəsindən istefa verdi. Bəzi digər səlahiyyətli şəxslərin rolu da araşdırılır”'.

 

Xatırladaq ki, Türkiyədə martın 31-də yerli vaxtla saat 10:36-dan etibarən Ankara və İstanbul kimi böyük şəhərlər də daxil olmaqla, bütün ölkə boyu elektrik enerjisinin nəqli dayanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR