Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi ötən il 14 mindən çox vətəndaşı fərdi qaydada qəbul edib

14:42 9 Yanvar 2015
137 Digər
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 14:37 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən ötən il fərdi qaydada qəbul edilən vətəndaşların sayı 14 160 nəfər təşkil edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, onlardan 13 415 nəfəri nazirliyin qəbul otağına müraciət edənlər olub.

 

Vətəndaşlardan 946 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli"nə uyğun olaraq keçirilən qəbullar zamanı (745 nəfər) və ƏƏSMN-də (201 nəfər) qəbul edilib.

 

Qalan 13214 nəfərdən 231 nəfəri ƏƏSMN-də nazir müavinləri və aparat rəhbəri, 12983 nəfəri nazirliyin digər məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

 

Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Həmçinin ayrı-ayrı vətəndaşlar müraciətlərinə əsasən bir sıra sosial təminat növləri, reabilitasiya avadanlıqları ilə təmin olunublar. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlarla hüquqi izahat işi də aparılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR