Bakıda avtobus qadını vuraraq öldürdü

Bakıda avtobus qadını vuraraq öldürdü
13:31 6 Aprel 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Bakıxanov qəsəbəsində avtobus piyadanı vuraraq öldürüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə aprelin 5-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi “Daewoo” markalı 113 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Reyhan Nurullayevanı vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336133

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR