Bakıda mağaza işçiləri oğrunu tutdu

Bakıda mağaza işçiləri oğrunu tutdu
13:41 6 Aprel 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda oğurluğa cəhd edən şəxs saxlanılıb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə aprelin 5-də paytaxtın Nizami rayonunun Qara Qarayev prospektində qeydə alınıb.

Bakı şəhər sakini Yeganə Abdullayevaya məxsus mağazadan oğurluğa cəhd göstərən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan Sadiq Yusubov oranın işçiləri tərəfindən saxlanılıb.

Saxlanılan şəxs rayon Polis İdarəsinin 25-ci polis bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336134

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR