Naxçıvan reysi təxirə salındı

Naxçıvan reysi təxirə salındı
14:42 9 Yanvar 2015
207 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı Beynəlxalq Avtovağzalı qarlı hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib.

APA-nın məlumatına görə, bu barədə Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev məlumat verib.
 
Onun sözlərinə görə, ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsinə baxmayaraq, Bakıdan beynəlxalq və şəhərlərarası nəqliyyat reyslərinin yerinə yetirilməsində problem müşahidə olunmur: “Yalnız səhər saatlarında Bakıdan Naxçıvana getməli olan reys təxirə salınıb. Hazırda şəhərlərarası və beynəlxalq reyslər qrafik üzrə yerinə yetirilir”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR