Azərbaycanda iki baş həkim cəzalandırılıb

Azərbaycanda iki baş həkim cəzalandırılıb
13:47 6 Aprel 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Azərbaycanda iki baş həkim cəzalandırılıb. "Report"un xəbərinə görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə hesabatında bildirilib.
Belə ki, Səhiyyə Nazirliyi tərəfindən auditin nəticələri üzrə həyata keçirilən intizam-tənbeh tədbirləri nəticəsində nöqsanlara yol verən 3 saylı şəhər Klinik Xəstəxanasının baş həkimi tutduğu vəzəfədən azad edilib, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə rəisinə və avtobazanın direktoruna töhmət verilib, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkiminə və Elmi Tədqiqat Mamalıq və Ginekolgiya İnstitutunun direktoruna xəbərdarlıq edilib.
Qeyd edək ki, hesabat Milli Məclisin aprelin 14-də keçiriləcək plenar iclasında müzakirə olunacaq. Hesabatı Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun təqdim etməsi nəzərdə tutlub.

Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/azerbaycanda-iki-bas-hekim-cezalandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR