Masallıda yol qəzasında bir nəfər ölüb

13:52 6 Aprel 2015
232 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 13:47 ]


Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

 

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11.30 radələrində Ələt-Astara magistralının 166-cı kilometrliyində - yolun rayonun Musakücə kəndindən keçən hissəsində qeydə alınıb. Lerik rayon sakini, 1986-cı il təvəllüdlü Vasif Məmmədovun idarə etdiyi “SHACMAN” markalı minik avtomobili Masallı rayonunun Musakücə kənd sakini, 1990-cı il təvəllüdlü Abid Hüseynovun idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən “VAZ-21011”-in sürücüsü aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırmalara başlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR