Gürcüstan klubunun kapitanı məşq zamanı dünyasını dəyişib

Gürcüstan klubunun kapitanı məşq zamanı dünyasını dəyişib
13:52 6 Aprel 2015
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Gürcüstanın "Betlemi" klubunun kapitanı Arçil Partenadze məşq vaxtı dünyasını dəyişib. "Report"un məlumatına görə, 28 yaşlı hücumçu ürək çatışmazlığından vəfat edib.
Batumidə komandanın məşqi zamanı qəflətən Partenadzenin halı pisləşib və yerə yıxılıb. I liqa təmsilçisinin futbolçusu yerindəcə keçinib.
Qeyd edək ki, 2009-cu ildə Belarusun paytaxtı Minskdə müayinə zamanı xəbərdarlıq edilməsinə baxmayaraq, Arçil Partenadzeyə futbolu atmayıb. Ötən il "Betlemi"nin baş məşqçisi olan hücumçu komandaya kömək məqsədilə yenidən oynamağa başlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/gurcustan-futbolcu-mesq-zamani-dunyasini-deyisib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR