Televiziya və radio kanalları susdu

Televiziya və radio kanalları susdu
13:52 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanın televiziya və radio kanallarının növbəti kompleks profilaktikası həyata keçirilir
Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, kompleks profilaktika tədbirləri ilə əlaqədar olaraq, aprelin 6-da 06:00-dan 15:00-a qədər "AzTV", "Mədəniyyət", "İctimai TV", "XəzərTV", "İdman TV" telekanallarının, eləcə də "Avto FM", Xəzər FM", "Araz FM" и "Burc FM" radiostansiyalarında profilaktik tədbirlər keçirilir.

Profilaktik tədbirlər əvvəlcədən təsdiq olunmuş cədvəl üzrə həyata keçirilir və həftənin 7 günü 24 saat ərzində işləyən avadanlıqlarda baş verə biləcək hər hansı texniki problemin qarşısını almağa hesablanan prosedurdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/333061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR