Bakıda iki parkda bayram olacaq - FOTO

Bakıda iki parkda bayram olacaq - FOTO
13:52 6 Aprel 2015
81 Sosial
Ölkə mətbuatı
A- A+

Mayın 10-da keçiriləcək Gül bayramına hazırlıq işləri indidən başlanıb
Heydər Əliyev Sarayının qarşısındakı parkda ənənəvi olaraq, gül bayramı ilə əlaqədar hazırlıq işlərinə start verilib.

Anspress-in məlumatına görə, güllər hələlik gətirilməsə də, çiçəklərin formaya salınması üçün lazım olan taxta və dəmir konstruksiyaların quraşdırılmasına başlanılıb. Hazırlıqların görülməsi üçün parkda xüsusi çadırlar qurulub.

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə görülən işlərdə güllərin düzülməsi mərhələsinə kimi hazırlıqların mayın 5-nə qədər yekunlaşması nəzərdə tutulur. Bakı Şəhər İcra Hakimiyyətindən anspress-ə bildirilib ki, buna görə parka giriş məhdudlaşdırılıb və fəhlələr qızğın işə başlayıblar.

Qeyd edək ki, ötən illərdən fərqli olaraq, bu il təkcə Heydər Əliyev Sarayının qarşısındakı parkı deyil, həmçinin “Qış bulvarı”nı da bəzəyəcəklər. Bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən müxtəlif növ güllər gətiriləcək. Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, xarici ölkələrdən gələn dizaynerlər də çalışacaq. Builki gül bayramında fərqli mənzərələrin də şahidi ola biləcəyik.

Belə ki, Heydər Əliyev sarayının qarşısındakı parkda, Azərbaycanın müxtəlif tarixi abidələrinin maketini də görmək mümkün olacaq.

Bundan başqa, hər il olduğu kimi bu il də Bakı bulvarında mövsümü güllərin, kolların və ağacların əkilməsinə başlanılıb. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov anspress-ə verdiyi mlumat görə, Gül bayramı ilə əlaqədar bulvar ərazisi də bəzədiləcək. Mövsümü güllər əkiləcək.

Milli.Az




















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/333051.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR