Ötən il 14 zabit və 1 dövlət qulluqçusu adyunkturaya qəbul olub

13:57 6 Aprel 2015
54 Sosial
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 13:53 ]


Bakı. Ağa Cəfərli-APA. “2014-cü ilin sonunda adyunkturaya qəbul keçirilib və çoxsaylı namizəddən 14 zabit və bir nəfər dövlət qulluqçusu qəbul olunub. Qəbul olunanların çoxu xüsusi təyinatlı ali təhsil müəssisələrində xidmət edən zabitdir”.  

APA-nın xəbərinə görə bu barədə Hərbi Akademiyanın rəisi general-leytenant Heydər Piriyev “Azərbaycan ordusu” qəzetinə verdiyi müsahibədə bildirib. Heydər Piriyev deyib ki, ali hərbi məktəblərdə yüksək ixtisaslı hərbçi müəllim çatışmazlığı olub: “Kursantlara bu və ya digər fənni bəzi hallarda bakalavr təhsilli müəllimlər tədris edirdi. Bu da təbii ki, arzulanan nəticələrə nail olmağa imkan vermirdi. Dərs otaqlarında, laboratoriyalarda tədrislə daha yüksək təhsilə malik müəllimlərin məşğul olması zəruri idi. Bu zərurət Hərbi Akademiyada yeni təhsil səviyyəsinə keçid üçün əsas oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin adyunkturası ilkin mərhələdə Hərbi Akademiyanın nəzdində yaradılıb. Gələcəkdə zərurət yaranarsa, adyunktların hazırlanması hərbi-elmi (elmi-tədqiqat) təşkilatların və ali təhsil müəssisələrinin istiqamətinə uyğun olaraq, onlara təhkim oluna bilər”.

Heydər Piriyev adyunktura təhsili haqqında bəzi məlumatları da diqqətə çatdırıb: “Azərbaycan Respublikası Silahlı Qüvvələrində yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan adyunkturada təhsil almaq yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır". 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378546

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR