"Bu klub yüksək dəstəni tərk edəcək"

"Bu klub yüksək dəstəni tərk edəcək"
13:57 6 Aprel 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

"Bayern Munchen" və "Liverpool"un keçmiş futbolçusu Ditmar Hamann "Hamburg" klubunun bu mövsüm göstərdiyi oyunu tənqid edib. O, komandanın Bundesliqanı tərk etmək ehtimalını yüksək qiymətləndirib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Hamann "Hamburg"un turnir cədvəlində sonuncu yeri tutacağını proqnozlaşdırıb.

"Qış fasiləsi zamanı demişdim ki, "Hamburg" nümayiş etdirdiyi oyuna görə Bundesliqanın ən pis komandasıdır. Şübhə etmirəm ki, pley-off matçları oynamadan yüksək dəstəni tərk edəcək. Tsinbaueri isə istefaya göndərmək lazım deyildi. Onu oktyabrda baş məşqçi təyin etmişdilərsə, mövsümün sonuna qədər əməkdaşlığı davam etdirməli idilər".

Qeyd edək ki, Bundesliqanın 27-ci turunda "Bayer Leverkusen"ə 0:4 uduzan "Hamburg" 25 xalla turnir cədvəlində 16-cı pilləni tutur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333034.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR