“Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir

13:57 6 Aprel 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 13:51 ]


Zaqatala. Vüqar Heydərov - APA. Zaqatala şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Zaqatala rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən iki günlük regional konfransda şimal-qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imamlar, eləcə də fəal dindar və ilahiyyatçılar iştirak edir. 

 

Konfransda çıxış edən Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədədir, müxtəlif dinlərin nümayəndələri azad şəraitdə yaşayırlar: “Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli-mənəvi dəyərlərimizi də qoruyuruq”.

 

DQİDK sədri Mübariz Qurbanlı konfransın əhəmiyyətindən və ölkədə dövlət-din münasibətlərindən ətraflı danışaraq deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli-mənəvi dəyərlərə qayıdış sürətlənib. O qeyd edib ki, ölkədə digər dini konfessiyalara da dövlət tərəfindən diqqət və qayğı göstərilir, kilsə və sinaqoqlar təmir olunur, yeniləri tikilir.

 

Konfransdan sonra Mübariz Qurbanlı və Mübariz Əhmədzadə Bakı İslam Universitetinin Zaqatala filialına, Cümə məscidinə, həmçinin Əliabad qəsəbəsindəki mədrəsəyə baş çəkiblər və dini icma üzvləri ilə görüşüblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR