Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib

12:58 6 Aprel 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 5-də Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilib. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZƏRTAC-a bildirib ki, iki gün ərzində yarmarkalarda rayonlardan gətirilmiş 600 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları satılıb. Qiymətlər bazarlardakından 25-30 faiz ucuz olub.
M.Hacıyev deyib ki, yarmarkalarda heç bir qiymət artımı qeydə alınmayıb. Belə ki, qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 – 5,5 manata, quş əti 2,5 – 2,8 manata, kartof 65 - 90 qəpiyə, soğan 50 - 65 qəpiyə, kələm 65 - 80 qəpiyə, pomidor və xiyar 1,2 - 2 manata, alma 40 qəpik – 1 manata, armud 90 qəpik – 1,5 manata, yumurta 6 - 7 qəpiyə təklif olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_kend_teserrufati_mehsullarinin_novbeti_satis_yarmarkalari_kechirilib-843839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR