Girovları öldürməyə başladılar (VİDEO)

Girovları öldürməyə başladılar (VİDEO)
14:51 9 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Fransanın paytaxtı Parisdə "Charlie Hebdo" satirik jurnalına hücum etməkdə şübhəli bilinən qardaşlar Səid və Şərif Kuaşin yaralanıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Fransa yerli mətbuatı bildirib. Ancaq Fransa Daxili İşlər Nazirliyi bu məlumatı hələ təsdiqləməyib. Xəsarət alanların sayı barədə isə hələlik heç bir dəqiq məlumat yoxdur. Bəzi məlumatlara görə, bir neçə girov qaçmağa müvəffəq olub.

Səid və Şərif Kuaşin qardaşları avtomobil qaçırıblar və bu zaman da iki nəfəri girov götürüblər. bəzi mətbu orqanlar girovların öldürüldüyünü iddia edir.

Fransa daxili işlər naziri Bernar Kaznyov isə bildirib ki, terrorçuların yaxalanması üçün xüsusi əməliyyat keçirilir və bütün təhlükəsizlik qüvvələri səfərbər olub. Hadisə yerində vertolyotlar uçur və ərazi polisin nəzarətindədir.

Qeyd edək ki, asayiş keşikçiləri şübhəlilərin Uaz departamentindən qaçdıqları avtomobillə hərəkət etdiyini təsbit edib və hazırda onlar təqib edilir. Atışma səslərinin də eşidildiyi bildirilir. Səid və Şərif Kuaşi adlı qardaşların 3 gündür davam edən axtarışına Fransa təhlükəsizlik xidmətinin on minlərlə əməkdaşı cəlb edilib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, qardaşlardan biri - Səid Kuaşi 2011-ci ildə Yəməndə radikal qruplaşmaların yanında təlim keçib. Həmçinin hər iki qardaşın adının ABŞ-a girişi qadağan olunan şəxslərin siyahısında olduğu məlum olub.

Hücumda şübhəli bilinən üçüncü şəxs olan 18 yaşlı Amid Murad isə Şarlevil-Mezyer şəhərində könüllü olaraq polisə təslim olub və hücumla heç bir əlaqəsinin olmadığını bildirib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=318676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR