Misir - ərəblərin evi

Misir - ərəblərin evi
13:05 6 Aprel 2015
121 Dünya
Ölkə mətbuatı
A- A+

Misir bu il martın 28-29-da 26-cı Ərəb Sammitinə ev sahibliyi edib. Bu tədbir Ərəb Dövlətləri Liqasının yaranmasının 70 illik yubileyi ilə bir vaxta təsadüf edirdi. Sammit gərgin ərəb münasibətlərinin, regional və beynəlxalq böhranın mövcud olduğu bir dövrdə keçirilib. Beləliklə, Ərəb Sammiti birgə hərəkət etmək üçün balanslı və etibarlı planların qəbul eidlməsi, aktiv və konkret təsiri olan mexanizmlərin işlənib hazırlanması ilə ərəb millətinin milli təhlükəsizliyinin üzləşdiyi bir sıra çağırışlara cavab verməli idi.

Misir ərəb millətinin mövcudluğunu və onun kimliyini təhdid edən, ərəb ictimaiyyətinin sosial-mədəni əsasını sarsıtmağa, vaxtı keçmiş və bir daha gerçəkləşməsi mümkün olmayan ekspansiya arzularının vəsvəsəsinə düşmüş xarici dairələrin dəstəyi ilə ərəb vətəndaşlar arasında din, məzhəb və irqi ayrı-seçkilik yaratmaqla bu ictimaiyyətin çoxsaylı əlaqələrini qırmağa çalışan təhlükələrin ağırlığını hiss edir. Misir yaxşı anlayır ki, bu təhlükələrin qarşısında süstlük və ya zəiflik həmin xarici dairələrə ərəb dövlətlərinin təməlini pozmağa imkan verəcək. Bununla da bu dövlətlər zəifliyin hökm sürəcəyi və dağılmaqlarını gözləyən parça-parça olmuş kiçik qurumlara çevriləcəklər.

Misir sammit ərəfəsində aşağıdakı başlıca çağırışlara cavab verməyin əhəmiyyətini vurğulayıb:

- Asayiş və təhlükəsizlik əməkdaşlarını qorxuya salmaqla, qətllər törətməklə, təxribatçılıqla və insan ləyaqətini alçaltmaqla bir sıra ərəb dövlətlərində terrorçu qrupların rolunun üstünlük təşkil etməsi və dövlət quruluşunu qoruyan hər hansı ictimai rejimi və ya siyasi hakimiyyəti devirmək cəhdlərinin artmasına, eləcə də həmin terrorçu qrupların ərəb ictimaiyyətinin əsl kimliyini kökündən yox etməyə və islam adından ekstremist quruluşlar üçün islami hakimiyyət nümunəsi yaratmağa səy göstərdiklərini iddia edən, islamın qadağan etdiyi əməlləri həyata keçirməklə islam düşmənlərinin can atdıqları bütün hədəfləri həyata keçirən ekstremistlərə və terrorçu qruplaşmalara qarşı çağırışlara;

- Ərəb millətinin gənclərinin bəzilərini cəlb edərək, onların terrorçu qruplara qoşulmasına yol açan, xarici dairələrə ərəb dövlətlərinin təhlükəsizliyini və sabitliyini pozmağa yönələn hədəflərini reallaşdırmaq üçün onlardan istifadə etməsinə və onları yönləndirməsinə imkan yaradan ifratçı dini fikirlərlə mübarizə aparmaqda başlıca vasitə kimi dini müəssisələri islah etmək və inkişaf etdirməyə, Misir dini xütbələrin yoxlanılmasının, ifratçılığa, tərəfkeşliyə, başqasını inkara çağıran hər hansı fikrin təkzib edilməsinin və tolerantlığa, mötədilliyə və bütün dinlərin və mədəniyyətlərin bir arada yaşamasına çağıran islam dinin əsl simasının düzgün çatdırılmasının zəruriliyinə;

- Savadsızlığa, yoxsulluğa, işsizliyə son qoymağa gətirib çıxaracaq balanslı iqtisadi və sosial-ictimai siyasətlərin yerinə yetirilməsi, gənclər üçün yeni iş yerlərinin açılması və münasib həyat şəraitinin yaradılması ilə onların enerjisinin düzgün istifadə edilməsi və istiqamətləndirilməsi, onların ekstremizm və terror qüvvələrinin şikarına çevrilmələrinin qarşısını almağa;

- Ekstremist fikirlərini yaymaq, zorakılığa və nifrətə təhrik etmək məqsədilə terrorçu qrupların müasir texnikalardan, informasiya və rabitə texnologiyalarından istifadəyə can atmalarının qarşısını almağın vacibliyi, Misir rabitə və informasiya texnologiyalarından təhlükəsiz istifadə etmək prinsiplərini hazırlamaq, bu barədə mövcud beynəlxalq sazişləri fəallaşdırmaq üçün bütün səyləri səfərbər etmək;

Misir terrorla mübarizədə, xarici dairələrin dəstəyi ilə daxili bölünmələr və konfliktlərin şahidi olan bir sıra ərəb dövlətlərində təhlükəsizliyin və əmin-amanlığın bərqərar edilməsində dünya birliyinin cəhdlərinin birləşdirilməsinin əhəmiyyətini vurğulamış, belə münaqişələrin ədalətli həllinə, vahid vətən və sivil dövlətin aliliyinə, ərəb xalqlarının əmin-amanlıqda, sülh şəraitində yaşamaq hədəflərini və istəkələrini həyata keçirmə haqqını təmin etməyə nail olmağın əhəmiyyətinə çağırırır. Misir ərəb millətinin başlıca problemi kimi Fələstin məsələsinin beynəlxalq qanun qərarları, ərəb sülh təşəbbüsünə , İsrail işğalının və qanunsuz məskunlaşdırılmanın dayandırılmasının təmin edilməsinə, paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətinin yaradılmasına əsaslanan ciddi və səmərəli danışıqlar yolu ilə həlll edilməsinin zəruriliyini vurğulayıb.

Misir Yaxın Şərq regionunun nüvə silahından və kütləvi qırğın silahlarından təmizlənməsinin zəruriliyi barədə çağırışlarını bir daha təkrar etdi. Misir 2015-ci il aprel-may ayları ərzində yayılmamaq müqaviləsinə yenidən baxılması üçün baş tutacaq konfransdan müsbət nəticələrin əldə edilməsi, xüsusilə 1995-ci il bu müqaviləyə yenidən baxılma konfransının qəbul etdiyi “Yaxın Şərqdə nüvə silahlarından və bütün kütləvi qırğın silahlarından xali regionun yaradılması haqqında” qərarın yerinə yetirilməsi üzərində işləməyin zəruriliyini qeyd edib.

Sonuncu ərəb sammitinin ən mühüm nəticələri bu oldu ki, ərəb dövlətləri çağırışların qarşısını almaq və milli təhlükəsizliklərini qorumaq üçün vahid ərəb qüvvələri yaradılmasına razılıq verdilər. Bu qüvvələr çevik hərbi müdaxilə və üzv dövlətlərdən hər hansı birinin təhlükəsizliyini və bütövlüyünü, milli suverenliyini təhdid edən, ərəb milli təhlükəsizliyinə birbaşa təhlükə yaradan çağırışlara qarşı, o cümlədən terroçu təşkilatların təhdidlərinə qarşı durmaq üçün öhdəsinə düşəcək başqa vəzifələri maraqlı dövlətin tələbi ilə və hər hansı ərəb dövlətinin suverenliyini və müstəqilliyini azaltmadan, Beynəlxalq hüquq prinsiplərinə tam ehtiram etməklə yerinə yetirəcək ki, bu da BMT-nin və Ərəb Dövlətləri Liqasının nizamnamələrinə uyğundur.Vahid ərəb qüvvələrinin yaradılmasının təfsilatları barədə indidən etibarən 4 ay müddətində razılıq əldə edilməsi gözlənilir. Bu qüvvələrdə iştirak məcburi deyil, könüllü olacaq.

Şübhəsiz ki, bu sammit ərəb millətinin döyünən ürəyi kimi Misirin əsas rolunu həyata keçirməsinə qayıdışının əhəmiyyətini ortaya qoydu. Belə ki, Misir qədim tarixi boyu ərəb milləti üçün bir çıraq və sığınacaq olmuşdur. Misir bu həlledici anlarda ərəb millətinin təhlükəsizliyini və sabitliyini qorumaq üçün bütün lazımi dəstəyi göstərməyi əsirgəməyəcək. Beləliklə Misir ərəblərin evi olub və belə də olaraq qalacaq!

Dünya dövlətlərində terror, zorakılıq və ekstremizm hallarının baş alıb getdiyi bir vaxtda Azərbaycanda mövcud olan, tərəfkeşliyin və ifratçılığın yayılması cəhdinin əsas maneəsi hesab olunan tolerantlıq və mötədillik ruhunu biz daim yüksək qiymətləndiririk. Azərbaycan müxtəlif dinlər və mədəniyyətlər arasında yanaşıyaşama timsalında özünəməxsus nümunə təqdim edir ki, bu da onu dialoq üçün mühüm platformaya çevirir. Azərbaycanın mədəniyyətlərarası dialoqu gücləndirən, sivilizasiyalar arasında əlaqələri inkişaf etdirən, bəşər mədəniyyətinin zənginləşdirilməsi üçün fikri, mədəni və əqidə müxtəlifliyinin təmin edilməsinin əhəmiyyətini vurğuluyan bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dediklərimizi bir daha təsdiq edir.

Həysəm Cəlal - Misirin Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili
Trend


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333053.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR