Ötən ay Azərbaycanda 77 partlamamış hərbi sursat və 12 mina aşkar edilərək zərərsizləşdirilib

14:07 6 Aprel 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 14:00 ]

Bakı. Ağa Cəfərli - APA. 2015-ci ilin mart ayı ərzində 1 886 457 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 77 PHS, 4 ədəd tank əleyhinə mina və 8 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Əməliyyatlarda 485 minaaxtaran mütəxəssis, 117 nəfərlik yardımçı heyət, 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.

 

İndiyədək cəmi 283 053 372 kvadrat metr ərazi təmizlənib, tapılıb zərərsizləşdirilmiş mina və PHS-in sayı 689 960-dır.

 

Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax və Tərtər rayonlarında davam etdirilir.

        

2015-ci ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378554

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR