Türkiyə XİN: 24 apreldəki mərasimlə bağlı iddialar əsassızdır

14:07 6 Aprel 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 06 Aprel 2015 13:59 ]

İstanbul. Mayis Əlizadə - APA. Türkiyə Xarici İşlər Nazirliyi 24 apreldə Çanaqqalada keçiriləcək mərasimlə əlaqədar mətbuatda çıxan bəzi iddiaların dedi-qodu olduğunu bildirib.

APA-nın Türkiyə müxbirinin “Bəzi köşə yazarları mərasimə dəvət ediləcək olan dünya liderlərinin sayının 77-dən 30-a düşdüyünü yazıblar. Bunlar həqiqətə nə dərəcədə uyğundur” sualına XİN-in rəsmi nümayəndəsi belə cavab verib: “Türkiyə Xarici İşlər Nazirliyi 24 apreldə Çanaqqalada keçiriləcək mərasimdə iştirak edəcək ölkə liderlərinin sayının artması və ya azalmasıyla bağlı heç bir məlumat vermir. Haqqında bəhs etdiyiniz  məlumat  XİN-dən getmədiyinə görə dedi-qodudan başqa bir şey deyil. Mərasimə hazırlıqlar planda nəzərdə tutulduğu şəkildə davam edir”.

 

Qeyd edək ki, Çanaqqalada keçiriləcək tədbirlərdə Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı gözlənilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378553

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR