Xaricdən gələn pullar

Xaricdən gələn pullar
14:11 6 Aprel 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala ötən il 17615,8 milyon manat vəsait yönəldilib. Onun 75,4 faizi tikinti-quraşdırma işlərinə sərf edilib.

ANS PRESS-in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadla verdiyi məlumata görə, ümumi sərmayənin 48,2 faizi dövlət, 51,8 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 72,3 faizini təşkil edib, onun 63,4 faizi dövlət bölməsinin hesabına formalaşıb.

Xarici mənbələrdən əsas kapitala 4880,4 milyon manat investisiya yönəldilib. Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 4484,2 milyon manatı Böyük Britaniya, Norveç, Türkiyə, ABŞ, Fransa, İran, Rusiya və Yaponiya sərmayədarlarına məxsus olub.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=336141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR