Əvvəl atasının, sonra ərinin məşuqəsi oldu - FOTO

Əvvəl atasının, sonra ərinin məşuqəsi oldu - FOTO
13:12 6 Aprel 2015
406 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Bu qadın həyatımızı məhv etdi. Striptizlə məşğul olan qadın əvvəlcə atamı anamın əlindən aldı, sonra da ərimi toruna saldı. Əvvəl atamı, sonra ərimi itirdim".

Şotlandiyanın Fayf bölgəsindəki Qlenoroz şəhərinin sakini Ceki Lou belə deyir.
 
Milli.Az Mirror-a istinadən bildirir ki, 49 yaşlı Ceki Lounun sözlərinə görə, "Viçi Lorimer" təxəllüsü ilə çalışan 43 yaşlı striptizçi qadın Kendis Teylor 18 yaşından etibarən vücudunu satmaqla, habelə gecə klublarında striptiz rəqslərlə məşğul olub.
 
"Atamla tanış olandan az sonra ailəmiz dağıldı, atam ona qoşulub getdi. İndi də ürəyimi parçaladı", - söyləyən Cekinin sözlərinə görə, atası Corc Lou 30 illik nikahdan sonra arvadı Ayreni boşayaraq striptizçi "Viçi" ilə yaşamağa başlamışdı.
İndisə həmin qadın Cekinin əri Çarlzla birlikdədir.
 
Corc Lou 2012-ci ildə ağciyər xərçəngindən öləndə Ceki Lou və Kendis Taylor dəfn mərasimində bir-birlərinə ürək-dirək vermişdilər.
"O qadın 1994-cü ildə atamla anamın boşanmasına səbəb olanda şoka düşmüşdüm. İndisə 43 yaşlı Viçi ərimi əlimdən aldı. Axı o, niyə başqa yerdə özünə kişi axtarmır?!" - Ceki Lou söyləyib.
 
Corc Lou və sabiq avradı Ayren aktyor-komiklərdi.
 
Corc "Klod Bols", indi 67 yaşda olan Ayren isə "Treysi Din" təxəllüsü ilə eyni səhnədə çalışırdılar.
Şotlandiyanın Qlazqo şəhərində yaşayan "Viçi" indi müştərilərə 110 funt-sterlinqin müqabilində 15 dəqiqəlik striptiz təklif edir.
 
Milli.Az
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/25544.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR