Rəmiş ermənicə oxumasından danışdı

Rəmiş ermənicə oxumasından danışdı
14:52 9 Yanvar 2015
245 Şou
Ölkə mətbuatı
A- A+

"Bu, ya ermənilərin, ya da ermənisifətlərin işidir"

Rəmiş erməni dilində mahnı oxuması haqqında yayılan videodan danışıb.

Anspress-in məlumatına görə, bu yaxınlarda xalq artisti adını alan Rəmiş erməni dilində mahnı oxumadığını bildirib. O, toyda erməni dilində mahnı oxuması haqqında yayılan videonun böhtan olduğunu deyib.

"Mən İranda olmuşam, Türkiyədə olmuşam, Rusiyada olmuşam. Amma Ermənistanda olmamışam. Bu, ermənilərin, ya da erməni xislətli şəxslərin işidir. Yəqin, paxıllıqları tutub. Mənim xalq artisti adı almağım ox kimi bəzilərinin gözlərinə batıb", - deyə xalq artisti ANS-də yayımlanan "Xəbərsizsiniz"də deyib.

Xatırladaq ki, bir neçə gün əvvəl yayılan videoda Rəmişin "Tut ağacı" mahnısının bir bəndini erməni dilində oxuduğu göstərilirdi. Rəmişin həyat yoldaşı Gülü isə həmin videonun 2008-2009-cu illərdə bir ad günü məclisindən olduğunu, Rəmişin də orada "Tut ağacı" mahnısını ancaq Azərbaycan dilində oxuduğunu deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/318174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR