DSMF mini-futbol turniri keçirir

DSMF mini-futbol turniri keçirir
14:19 6 Aprel 2015
42 İdman
Ölkə mətbuatı
A- A+

Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü  münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib.


Fondun ictimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, aprelin 6-də turnirin açılış mərasimi keçirilib. Tədbirdə  çıxış edən DSMF-nin sədri Elman Mehdiyev bildirib ki,  Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövr Azərbaycan tarixinin ən parlaq səhifələridir. E.Mehdiyev qeyd edib ki,  Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplər bu gün ölkəmizin həyatının bütün sahələrində uğurla reallaşdırılır və məhz bunun nəticəsində Azərbaycan dinamik  iqtisadi inkişaf yolu ilə inamla irəliləyir. “Heydər Əliyevin Azərbaycanda idmanın və bədən tərbiyəsinin inkişafına da yüksək diqqət və qayğısı  bu sahədə yüksəlişin əsasını qoyub. Rəhbərlik etdiyi bütün sahələrdə böyük uğurlara imza atan prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi fəaliyyəti nəticəsində müstəqil Azərbaycan beynəlxalq aləmdə həm də bir idman ölkəsi kimi tanınıb və olimpiya hərəkatına qoşulub. Fərəhli haldır ki, bu il Azərbaycan tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya oyunlarına ev sahibliyi edəcək”.

DSMF-də Heydər Əliyevin doğum günü ərəfəsində müxtəlif  kütləvi tədbirlərin təşkil olunmasının artıq xoş bir ənənəyə çevrildiyini diqqətə çatdıran Fondun sədri deyib ki, bunlardan biri də bu gün açılışına start verilən komandalar arası mini-futbol turniridir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198362

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR