​Azərbaycan martda elektrik enerjisi istehsalını 5% artırıb

​Azərbaycan martda elektrik enerjisi istehsalını 5% artırıb
14:22 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Cari ilin mart ayında Azərbaycanın enerji sistemində 2,1 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. "Azərenerji" ASC-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5% çoxdur.
Məlumata görə, bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlərlə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Mənbənin bildirdiyinə əsasən, 2015-ci ilin I rübü ərzində ölkədə 6,3 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib ki, bu da 2014-cü ilin birinci rübü ilə müqayisədə 1,6% çoxdur.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycan-elektrik-enerjisi-istehsalini-5-artirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR