Prezidentin oğlunun yeni fotosu

Prezidentin oğlunun yeni fotosu
13:26 6 Aprel 2015
177 Digər
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanına səfər edən prezident İlham Əliyev və ailəsinin fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, ailə fotoları dövlət başçısı İlham Əliyevin böyük qızı Leyla Əliyevanın adına olan İnstagram səhifəsində paylaşılıb.

Fotolarda prezident İlham Əliyevlə yanaşı, birinci xanım Mehriban Əliyeva, kiçik qızı Arzu Əliyeva, oğlu İlham Əliyev, eləcə də kürəkəni Səməd Qurbanov yer alıb.

Qeyd edək ki, prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının neft və minerallar naziri Əli Əl Naim, Krallığının Ticarət Palataları Şurasının sədri Əbdülrəhman Əl Zamil,
Kral Salman bin Əbdüləziz Əl Səudla görüş keçirib.

Prezidentin səfəri rəsmi xarakter daşıyır.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=336110

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR