​Namiq Xəlilov: "Azərbaycandakı devalvasiya sığorta şirkətlərinə təsir etməyib"

14:27 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Report"un verdiyi xəbərə görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin (DSNX) rəisi Namiq Xəlilov məlumat verib: "Çünki sığorta şirkətlərinin öhdəlikləri, ödənişləri, sığorta ehtiyatları manatladır. Ona görə də, sığorta şirkətləri üçün məzənnə riski mövcud deyil".
"Həm öhdəliklər, həm də aktivlər manatladır. Ona görə devalvasiyanın elə bir təsirini müşahidə etmirik", - deyən DSNX başçısı həmçinin şikayətlərə də toxunub və bildirib ki, şikayətlər məzmununda dəyişikıik olur. "Əgər əvvəllər şikayətlər daha çox ödənişlərin verilməməsi ilə bağlı olurdusa, hazırda əsasən ödənişlərin məbləği ilə bağlı olur", - deyə N.Xəlilov əlavə edib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/namiq-xelilov-azerbaycandaki-devalvasiya-sigorta-sirketlerine-tesir-etmeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR