"28 Cinema" aprel ayını "Bankirlər ayı" elan edir

"28 Cinema" aprel ayını "Bankirlər ayı" elan edir
14:27 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Əziz bank işçiləri, bu ay sizin ayınızdır!

28 Cinema bank işçiləri üçün yeni bir fürsət təklif edir. Aprel ayında, həftə içi hər gün saat 18:00-dan sonra 28 Cinema bank işçilərinə hər bilet alışına 1 manat endirim edəcək. Bu aksiya bank nümayəndələrinin işdən sonra istirahətinin daha da maraqlı olması məqsədilə həyata keçirilir. Bunun üçün bankın nümayəndəsi bilet alarkən kassirə iş vəsiqəsini təqdim etməlidir. Aksiya 1-30 aprel tarixlərində qüvvədədir.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/333073.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR