86 yaşlı kişi evində yandı (VİDEO)

86 yaşlı kişi evində yandı (VİDEO)
13:31 6 Aprel 2015
129 Sosial
Ölkə mətbuatı
A- A+

Binəqədidə mənzili yanan ev sahibi ölü tapıldı.

ANS TV-nin məlumatına görə, yanğın paytaxt sakini 86 yaşlı Yeqorov Aleksandr Konstatinoviçə məxsus evdə qeydə alınıb. Evin ümumi sahəsi 65 kv.m-dir. Hadisə zamanı isə birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 kv.m sahədə yanıb. Əraziyə FHN-nin yanğından yanğın söndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin saytının yaydığı xəbərə görə, yanğının qarşısı alındıqdan sonra içəridən ev sahibi Aleksandr Yeqorovun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi isə yanğından mühafizə olunub.

Hadisənin dəqiq səbəblərinin ekspertizaların rəyindən sonra dəqiqləşəcəyi bildirilir.

Mənbə
ANS TV, Sərxan Kamallı



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=336124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR