Azərbaycanın Milli Qəhrəmanı haqqında film çəkilir

13:32 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

"Report" xəbər verir ki, film ADMİU-nin sifarişi ilə çəkilir.
Milli Qəhrəman haqqında sənədli filmi rejissor Ruslan Mollayev ekranlaşdırır. Filmdə xronoloji ardıcıllıqla Təbriz Xəlilbəylinin doğulduğu ailə, böyüdüyü mühit, tələbəlik illəri, 90-cı illərin abu-havası canlandırılır.
Sənədli filmdə Təbriz Xəlilbəylinin ailə üzvləri anası Firəngiz Ulutürk, həyat yoldaşı Sevinc Xəlilbəyli, Təbrizin yaxın qohumu, aktyor Kamran Yunis və Təbriz Xəlilbəylinin yaxından tanıyan adamlar onun haqqında xatirələrini danışıblar. 
Filmin mayın əvvəlində hazır olacağı müəyyən edilib. Çəkilişlər ADMİU-də aparılır. Qeyd edək ki, Milli Qəhrəman Təbriz Xəlilbəyli Mədəniyyət və İncəsənət Universitetinin məzunu olub. Sənədli filmin xronometrajı 35-45 dəqiqə həcmində olacaq.
Xatırladaq ki, Təbriz Xəlilbəyli 1991-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərib. 1992-ci il yanvarın 31-də Naxçıvanik kəndində qəhrəmancasına həlak olub.
1992-ci il oktyabrın 8-də Azərbaycanın Milli Qəhrəmanı adını alıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/azerbaycanin-milli-qehremani-haqqinda-film-cekilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR