Mark Zukerberq ölümlə hədələndi - FOTO

Mark Zukerberq ölümlə hədələndi - FOTO
14:57 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

"Facebook" sosial şəbəkəsinin yaradıcısı Mark Zukerberqi ölümlə təhdid ediblər.

Anspress-in məlumatına görə, "Facebook"da paylaşdığı statusda Zukerberq bildirir ki, bir neçə il əvvəl pakistanlı bir terrorçu Məhəmməd peyğəmbər (s.ə.s) haqqında təhqiredici yazıları qadağan etməsə, onu öldürəcəyini bildirib.

Zukerberq isə həmin hadisəyə münasibətini bildirəndə deyib ki, "Facebook"da istifadəçiləri, onların düşüncələrini təhqir edən yazıları şikayət etmək imkanı var. "Lakin həmin yazıların qadağan edilməsi şikayətlərin sayından deyil, mübahisələr üzrə komissiyanın qərarından asılıdır. Həmin komissiya Məhəmməd peyğəmbəri təhqir edən yazıları qadağan etmədiyi üçün həmin istifadəçi də məni təhdid edib".

O, yazıların qadağan edilməməsinin səbəbini isə söz və fikir azadlığı ilə izah edib. "Bəzən təhqiredici fikirlər də dünyanı daha yaxşı və maraqlı edə bilər. "Facebook" bütün dünya insanlarının öz baxış və düşüncələrini paylaşa biləcəyi bir yerdir", - deyə Zukerberq fikrini əsaslandırıb.

Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/hitech/318168.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR