Futbolçu məşqdə öldü

Futbolçu məşqdə öldü
14:37 6 Aprel 2015
37 İdman
Ölkə mətbuatı
A- A+

Yaşıl meydanlarda daha bir ölüm hadisəsi baş verib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Gürcüstanın I liqa klubu “Betlemi”nin kapitanı Arçil Partenadze məşq zamanı vəfat edib.
  
Onun ölümünə səbəb ürəktutması olub. Komandanın məşqçi və futbolçularının sözlərinə görə, Partenadze məşqin gedişində özünü pis hiss edib və yerə yıxılıb. Ürəyi dayanan futbolçu yerindəcə keçinib.
 
Qeyd edək ki, Partenadze karyerası ərzində bundan öncə Batumi “Dinamo”su (2004-2008) və “Adeli” (2011-2014) klublarının formasını geyinib. 2009-cu ildə qısa müddət Minskin “MTZ Ripo” klubunda məşq edib. Məhz ilk dəfə həmin vaxt ürəyindən şikayət edib.
  
Həkimlər onun ürəyində problem olduğunu bildirsələr də, Partenadze futboldan getməkdən imtina edib. O, keçən il mövsümün gedişində müvəqqəti olaraq “Betlemi”nin baş məşqçisi vəzifəsinə təyin olunsa da, kluba kömək etmək üçün yenidən yaşıl meydanlara qayıdıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333078.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR