İbrahim Tatlısesdən son foto

İbrahim Tatlısesdən son foto
13:41 6 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesdən yaxşı xəbər gəlib.

ANS PRESS-in məlumatına görə, bir neçə gün öncə beyin əməliyyatı keçirən Tatlısesin vəziyyəti artıq yaxşıya doğru gedir.

ABŞ-da əməliyyat olan İbrahim Tatlısesi dostları yalnız buraxmır. Sibel Can xəstəxana otağında məşhur müğənnini ziyarət edib. Tatlıses Sibel Canla şəkil də çəkdirib və həmin fotonu Instagram hesabından paylaşıb. Şəkildə Tatlısesin kefinin bir xeyli yaxşı olduğu görünür.
 
Fotonun altına "Oy Mayami Mayami, Sibel sənə doyami" qeydini yazan Tatlıses və Sibel Canın nəşəli olduqları gözlərdən qaçmayıb.
 
Fotoya sənətçini sevənlərdən çox sayda şərh gəlib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=336147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR