NASA: Mars planetində suyun mövcudluğunu sübut edən yeni sübutlar tapılıb

NASA: Mars planetində suyun mövcudluğunu sübut edən yeni sübutlar tapılıb
14:43 6 Aprel 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 6 aprel, AZƏRTAC
ABŞ-ın Curiosity Mars aparatı bu planetdə suyun mövcudluğunu sübut edən yeni mineral damarlar aşkarlayıb. Bu barədə bütün Mars aparatlarına nəzarət edən NASA-nın reaktiv hərəkət laboratoriyası bildirib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, hazırda Qeyla kraterini tədqiq edən aparatın qarşısında Marsın əvvəlki iqliminin necəliyini, planetin geoloji quruluşunu, mikrob formalı həyatın mümkün varlığını tapmaq, həmçinin suyun mövcudluğu faktını sübut edə biləcək hər növ sübut toplamaq vəzifəsi qoyulub.
Əldə edilmiş fotoşəkillərin köməyi ilə NASA mütəxəssisləri Şarpa dağı ətəyindəki Qarden-siti rayonunda əlvan və tutqun komponentlərdən ibarət iki tona yaxın mineral damarın yerləşdiyini müəyyən ediblər. Bu cür damarlar adətən əvvəllər tərkibində müxtəlif mineralların olduğu mayenin axdığı çatlarda meydana gəlir. Alimlər bu mayenin, həmçinin ətrafdakı dağ süxurlarının kimyəvi tərkibinə də təsir etdiyinə əmindilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/NASA_Mars_planetinde_suyun_movcudlugunu_subut_eden_yeni_subutlar_tapilib-843857

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR