Prezident İlham Əliyev və xanımı Ümrə ziyarəti həyata keçirəcək

Prezident İlham Əliyev və xanımı Ümrə ziyarəti həyata keçirəcək
14:59 6 Aprel 2015
94 Ölkə
Ölkə mətbuatı
A- A+

 

 

Azərbaycan prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Ciddə şəhərinə gedib.

 

APA-nın Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, prezident bu ölkəyə rəsmi səfəri çərçivəsində Ümrə ziyarətini də həyata keçirəcək.

 

Prezidenti Kral Əbdüləziz Beynəlxalq Hava Limanında şahzadə Mişaal bin Məcid bin Əbdüləziz, Ciddə şəhərinin rəsmiləri qarşılayıblar.

 

Qeyd edək ki, səfərdə prezident İlham Əliyevlə birgə xanımı Mehriban Əliyeva da iştirak edir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198371

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR