İran xüsusi təyinatlıları terrorçuları məhv etdi

İran xüsusi təyinatlıları terrorçuları məhv etdi
15:01 6 Aprel 2015
61 Dünya
Ölkə mətbuatı
A- A+

İran xüsusi təyinatlıları bu gün İranın cənub-şərqində terrorçu dəstəsini məhv edib.

ANS PRESS-in məlumatına görə, İranın “əl-Qüds” elit xüsusi bölməsi (İslam İnqilabı Keşikçiləri Korpusuna daxildir) bu səhər Pakistanla həmsərhəd olan Sistan və Beluçistan əyalətində əməliyyatlar keçiriblər.

“əl-Qüds” terrorçuların xariclə əlaqələrini də kəsib. İran xüsusi təyinatlıları bu əməliyyatı həyata keçirə bilmək üçün bir müddətdir terrorçuları izləyirdi. Terror qruplaşmasına əməliyyat zamanı çox sayda silah-sursat aşkarlanıb.

Qeyd edək ki, Pakistanla İran sərhəddində da bir sıra terror qruplaşmaları fəaliyyət göstərir. "Ceyş ən-Nəsr", "Cundalla", "Ceyş əl-Ədl" terror təşkilatları İranın şiə rəhbərliyinə qarşı çıxan sünnilərdən təşkil edilib. Terrorçular İran İslam Respublikasının cənub-şərqində sərhədçilərə və mülkü sakinlərinə silahlı hücum edir. Bu terrorçuların İŞİD ilə əlaqəsinin olduğu müəyyən edilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=336153

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR