Xəzərin cənubunda Rusiya HDD-nin desant katerləri təlimlərə başlayıb

Xəzərin cənubunda Rusiya HDD-nin desant katerləri təlimlərə başlayıb
15:02 6 Aprel 2015
51 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 aprel. REPORT.AZ/ Rusiyaya məxsus Xəzər Dəniz Donanmasının desant katerləri dəstəsi Xəzər poliqonlarında təlimlərə başlayıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 
Təlimlər zamanı dənizçilər şərti rəqib tərəfindən silah istifadə edilməsi təhlükəsi altında dəniz manevrlərinin müxtəlif elementlərini yerinə yetiriblər. 
Bu zaman təlimlər dəniz piyadalarının şəxsi heyəti və texnikası cəlb olunmadan keçirilib, lakin hərbi təlimlərin növbəti mərhələsi dəniz piyadalarının katerə minməsi və sahilə enməsi üzrə birgə təlimlərdən ibarət olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/region/xezerin-cenubunda-rusiya-hdd-nin-desant-katerleri-telimlere-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR