Türkan Şorayın "səsi" öldü

Türkan Şorayın "səsi" öldü
14:05 6 Aprel 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış səslərindən biri olan sənətçi Nevin Akkaya dünyasını dəyişib.

Anspress-in məlumatına görə, 1919-ci il təvəllüdlü sənətçi Türkan Şoraydan Hale Soyqaziyə, Nəriman Köksaldan Arzu Okaya qədər çox sayda sənətçinin səsinə həyat verib. Akkaya xüsusilə 50-dən çox filmdə Türkan Şorayın səsini canlandırıb.
 
Akkayanın cənazəsi çərşənbə axşamı təşkil olunacaq vida mərasimindən sonra torpağa tapşırılacaq.

Sənətə 1937-ci ildən başlayan N.Akkaya 1951-52-ci illərdə Muhsin Ərtoğrulun qurduğu "Kiçik Sahne" teatrında çalışıb. 1959-cu ildə "Kent Oyuncuları"nda səhnəyə çıxıb. O, 1952-ci ildə Tarık Gürcan ilə evlənərək teatrdan gedib. Akkaya 1960-cı ildən sonra bir çox kinoda aktyorların səsini canlandırıb, 500-ə yaxın filmə öz səsi ilə imzasını qoyub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333086.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR