Sumqayıtda piyadanın vurulması ilə nəticələnən yol qəzası qeydə alınıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 4-də saat 22.00 radələrində Sumqayıt şəhərində naməlum sürücünün idarə etdiyi BMW və şəhər sakini Rauf Mehdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Zərbənin gücündən idarəetmədən çıxan BMW markalı avtomobillə yolu keçən Qubadlı rayon sakini Ətraf Baxşəliyevi vurulub.
Sürücü avtomobili ilə hadisə yerini tərk edib, Ə. Baxşəliyev isə xəstəxanaya çatdırılıb.
Sumqayıt şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Mənbə
ANS PRESS