Məşhur türk aktrisadan rəzalət

Məşhur türk aktrisadan rəzalət
15:12 6 Aprel 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin gənc və məşhur aktrisalarından biri, "Sude" rolundan sonra populyarlaşan aktrisa Su Kutlu barda ofisiantları təpikləyib, yumruqlayıb. Döyüldüyünü iddia edən aktrisanın əslində içib sərxoş olduğu aşkarlanıb.
 
Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyənin Star TV telekanalında nümayiş olunan, "Sude" rolunu oynadığı "Güzel Köylü" teleserialının Muğla vilayətindəki Yatağan rayonunda, Bozüyük səmtində aparılan çəkilişlərinə qatılmış 24 yaşlı Su Kutlu Muğladakı barlardan birində içib sərxoş olub.
 
Gecə saat 1-də barın qapanma vaxtının çatdığı deyilsə də, aktrisa bardan çıxmaq istəməyib. Bardakı müştərilərə sataşmağa başlayan aktrisa masadakı viski butulkasını da götürərək "Çöldə içəcəyəm" deyib. Bunun yasaq olduğunu eşidəndə isə Su Kutlu ofisiantı təpikləməyə, yumruqlamağa başlayıb.
 
Onu zorla çölə çıxarandasa aktrisa bar işçilərini söyüb, təhqir edib.
 
Barda döyüldüyünü iddia edərək polisə şikayətlənən aktrisa müayinə olunanda onun qanında 1,99 promille alkoqol aşkarlanıb.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/333054.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR