Hollivud ulduzu striptiz klubu sökdürmək üçün aldı (FOTO)

Hollivud ulduzu striptiz klubu sökdürmək üçün aldı (FOTO)
15:31 6 Aprel 2015
75 Şou
Ölkə mətbuatı
A- A+

Tanınmış Hollivud ulduzu Qvinet Peltrou "Hustler" striptiz klubunu aldıqdan sonra yerlə yeksan edəcək. Striptiz klubun özü isə başqa binaya köçürüləcək.

ANS PRESS-in məluamtına görə, 42 yaşlı aktrisa pornobaron Larri Flintdən aldığı klubun yerində incəsənət klubu tikmək niyyətindədir. İllik üzvlüyünün 2 min dollar olması nəzərdə tutulan klubda restoran, gecə klubları, ədəbi oxu zalları da olacaq.

Qvinet Peltrounun özü də bir neçə dəfə Hustler-də olub. Belə ki, 2000-ci ildə film çəkilişləri zamanı bəzi səhnələr məhz həmin klubda çəkilmişdi.

Qeyd edək ki, "Forbes" jurnalının qiymətləndirməsinə görə, Qvinet Peltrou ən yüksək qonorar alan Hollivud aktrisaları sırasındadır.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=336151

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR