“Azərsu”: Ölkə üzrə cəmi bir neçə kiçik qəza baş verib və onlar da artıq aradan qaldırılıb

15:07 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 15:05 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan ərazisində hava şəraitinin pisləşməsinə baxmayaraq, Bakı və regionların əhalinin su təchizatında heç bir problem yoxdur.

 

Bunu “APA-Economics”ə “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.

 

Onun sözlərinə görə, ölkə üzrə cəmi bir neçə kiçik qəza olub və onlar da artıq aradan qaldırılıb.

 

“Qurumun zəng mərkəzinə su xətlərinin donması ilə bağlı hər hansı müraciət daxil olmayıb. Ümumilikdə, zəng mərkəzinə daxil olan zənglər əsasən kanalizasiya tutulmaları, fərdi qəzalar və sorğularla bağlı olub. Hələ ki, ciddi problemlə üzləşməmişik”, - deyə A. Cəbrayıllı bildirib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368549

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR